Yanğın və digər risklərlə əlaqədar gəlir itkisi sığortası

SIĞORTA NÖVÜ HAQQINDA

Bu sığorta növü ilə hər hansı bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə, sığortaçı tərəfindən sığorta şəhadətnaməsində göstərilən təminat verilir.

 

SIĞORTA RİSKLƏRİ

Sığortalının kommersiya fəaliyyətində istifadə etdiyi bina, avadanlıq, dəzgah, qurğu və əmtəələrin yanğın və digər risklərdən sığorta müqaviləsi ilə təminat verilən hadisənin baş verməsi nəticəsində zərərə düşməsi halları hesab edilir.

 

SIĞORTA HAQQI VƏ SIĞORTA MƏBLƏĞİ

Sığorta haqqı sığortalının fəaliyyət növündən, əmlakın, dəzgahın vəziyyətindən və riskə təsir edən digər amillərdən asılı olaraq müəyyən edilir.

Xüsusi hallarda tarif təyin olunmuş aralıqdan az və ya çox ola bilər.

 

ŞƏRTLƏR

Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa sığorta müqavilsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Sığortalının kommersiya fəaliyyətinin 72 saatdan az olaraq dayanmasına görə təminat verilmir.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır