qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

Marketinq, ictimai əlaqələr və PR şöbəsi

16.6.2020

Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta”  Marketinq, ictimai əlaqələr və PR şöbəsi  
Press-Reliz
Dövlət Sığorta Kommersiya Şirkəti idarəetmə strukturunu korporativ qaydalara -UYĞUNLAŞDIRIR 
Bakı.12.06.2020. Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) İdarə Heyətinin üzvü Vüqar Babakişiyevin verdiyi məlumata əsasən Dövlət Sığorta Kommersiya Şirkətində beynəlxalq təcrübəyə əsaslanan, eləcə də  müasir standartlara cavab verən yeni korporativ idarəetmə strukturunu təsdiqləyib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) tövsiyəsinə əsasən, “Azərsığortada” beynəlxalq standartlara cavab verən korporativ idarəetmənin təmin edilməsi, eləcə də müştəri məmnuniyyətinin səviyyəsinin yüksəldilməsi və onlara göstərilən xidmət keyfiyyətinin daha da artırılmasına xidmət edəcək yeni struktur formalaşdırılmışdır.
Yeni strukturun bölmələrinin fəaliyyətə başlaması, ilə effektivliyinin tam şəklildə təmin edilməsi üçün departamentlərin Əsasnamələri, iş prosedurları və təlimatları hazırlanmışdır. Fəaliyyət planı üzrə bu işlərin həyata keçirilməsi üçün İdarə Heyətinin qərarı ilə müvafiq işçi qrupu yaradılmışdır.
Qeyd edək ki, uzunmüddətli fəaliyyət tarixinə malik olan Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan sığorta bazarında ən geniş filial şəbəkəsinə məxsus sığorta təşkilatıdır. “Azərsığorta” respublikanın bölgələrində fəaliyyət göstərən 75 filialı vasitəsi ilə əhaliyə, o cümlədən fiziki və hüquqi şəxslərə 28 sığorta növü ( 9 icbari, 19 könüllü) üzrə xidmətlər təklif edir.
__________________________________________________________________
 Ətraflı məlumat üçün Marketinq, ictimai əlaqələr və PR şöbəsi  ilə əlaqə saxlaya bilərsiniz

Dövlət Sığorta Şirkəti                                      
Bakı ş, İ.Dadaşov küçəsi 260                                            
Tel: (+994 12) 561 28 87 /17                                                                                                    
Mob: (+99455) 369 60 20                                                      
www.azersigorta.az 

© 2012-2019. Dövlət Sığorta Şirkəti