Yeni sigorta məhsulu DOST KASKO
7.12.2020
Sığorta bazarında müştəri məmunluğu yaratmaq və hər bir müştəri üçün əlçatan olan yeni könüllü sığorta məhsulu DOST KASKO təklif edilir.
- 99 AZN sığorta haqqı ödəməklə 1499 AZN təminat əldə etmək mümkündür;
- Bu sığorta məhsulu üzrə qismən sığorta şərti tətbiq edilmir;
- Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız bir sığorta
hadisəsi üzrə sığorta ödənişi həyata keçiriləcək və ödəniş məbləğinin
həcmindən asılı olmayaraq şəhadətnamə avtomatik olaraq ilk sığorta hadisəsindən
sonra qüvvədən düşmüş hesab olunacaq;
- Bu sığorta məhsulu üzrə sığorta hadisəsi baş verdiyi halda FORMA-4 tələb olunmur;
- Bu sığorta məhsulu üzrə digər şərtlər və məlumatlar əlavədə təqdim edilmiş faylda öz əksini tapıb.