"Azərsığorta" avtonəqliyyat vasitələrinin könüllü sığortalanması üçün "Standart Kasko" adlı sığorta məhsulunu təklif edir.

Bu məhsul aşağıdakı bölmələr üzrə təminatı əhatə edir:

  • avtokasko riskləri nəticəsində avtomobilə dəyə bilən zərərlər
  • avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyəti
  • avtomobildə olan sürücü və sərnişin sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

Risklər

  • Avtonəqliyyat hadisəsi
  • Atılmış və ya düşmüş əşya
  • Üçüncü şəxsin qanunazidd hərəkəti
  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
  • Yanğın və partlayış
  • Təbii fəlakət
  • Avtokasko - yuxarıda qeyd olunan risklərin məcmusu
  • Mülki məsuliyyətinin yaranması
  • Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması
  • 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması
  • Ölüm

Standart Kasko sığortası aşağıdakı tələblərə cavab verən avtomobillərin sığortalanmasını nəzərdə tutur:

  • buraxılış ili 2005-ci ildən yuxarı olan;
  • şəxsi istifadə üçün nəzərdə tutulan;
  • taksi, rent a car və s. digər kommersiya fəaliyyətləri ilə məşğul olmayan.

Siz avtomobilinizi real bazar dəyəri əsasında 1 il və daha uzun müddətə sığortalamaqla, avtomobiliniz üzrə baş verə biləcək qəza və xəsarət nəticəsində dəymiş zərərdən sığortalaya bilərsiniz.

Azadolma məbləği riskin dərəcəsinə əsasən təyin edilir.

Sığorta haqqı müəyyən edilmiş cari tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.

Avtomobilə baxış keçirildikdən sonra kasko sığortası üzrə müqavilə rəsmiləşdirilir.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz.

Nəqliyyat sığortası

Arzuolunmaz hadisələrdə ilk dəstəyin sığortadır.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin