Sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsi yaşı 22-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan səlahiyyətli şəxs (şəxslər) tərəfindən idarə olunarsa, təyin edilmiş şərtsiz azadolma məbləğinin ikiqatı (minimum 250 AZN) tətbiq edilir.

Yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs üçüncü şəxs olarsa, bu halda azadolma məbləği tətbiq edilmir. Bu şərt yol-nəqliyyat hadisəsi nəticəsində zərərvuran şəxs naməlum olduğu sığorta hadisələrinə şamil edilmir.

Sığorta haqqı tam və ya tərəflərin razılaşması əsasında təqdim olunmuş cədvəl üzrə hissə-hissə ödənilə bilər. Hər bir halda sığorta haqqı yalnız nəğdsiz qaydada Sığortaçının bank hesabına ödənilməlidir.

Nəqliyyat sığortası

Arzuolunmaz hadisələrdə ilk dəstəyin sığortadır.